Ev DünyaUkrayna dronları Türkiyə gəmisini vurdu – 23 dənizçi təxliyə edildi

Ukrayna dronları Türkiyə gəmisini vurdu – 23 dənizçi təxliyə edildi

by Baş Redaktor
16 Baxış

Novorossiysk yaxınlığında hücuma məruz qalan “Nadejda” gəmisində olan 23 dənizçi Rusiya limanına təxliyə edilib.

Army.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Türkiyə mediasının məlumatına görə, Samsun limanından Novorossiyskə meyvə-tərəvəz daşıyan, Kamerun bayrağı altında üzən “Nadejda” gəmisi Qara dənizdə Ukrayna dronlarının hücumuna məruz qalıb.

Hücum nəticəsində üçü Türkiyə vətəndaşı olmaqla dörd dənizçi yaralanıb.

banner

Məlumata əsasən, insident Novorossiyskdən təxminən 30 dəniz mili məsafədə baş verib. Gəminin kapitanı Yalçın Şahin bildirib ki, hücum zamanı 6-7 drondan istifadə olunub və zərbələr nəticəsində gəmidə yanğın başlayıb.

Türkiyə Nəqliyyat Nazirliyi heyətin təhlükəsiz şəkildə təxliyə olunduğunu təsdiqləyib.

Əlaqəli Yazılar Xüsusi