Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanı Ukraynanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.
Army.az xəbər verir ki, bununla bağlı fərman Ukrayna Prezidentinin rəsmi internet saytında dərc olunub.
Fərmanda qeyd olunur:
“Stefanişina Olqa Vitaliyevna Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”.
Sənəddə Stefanişinanın vəzifədən azad edilməsinin səbəbi və onun yerinə kimin təyin olunacağı barədə məlumat verilməyib.
