Ev Dünyaİrandan Trampa sərt xəbərdarlıq: Hörmüzdə müdaxilə atəşkəsi poza bilər

İrandan Trampa sərt xəbərdarlıq: Hörmüzdə müdaxilə atəşkəsi poza bilər

by Baş Redaktor
23 Baxış

İranda ABŞ-ın Donald Tramp tərəfindən Hörmüz boğazı ilə bağlı səsləndirilən bəyanata sərt reaksiya verilib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İran parlamentinin milli təhlükəsizlik komitəsinin rəhbəri İbrahim Əzizi bildirib ki, Vaşinqtonun bölgədə gəmiçilik proseslərinə müdaxiləsi atəşkəsin pozulması kimi qiymətləndiriləcək. Onun sözlərinə görə, boğazda formalaşan yeni qaydalara təsir göstərmək cəhdləri cavabsız qalmayacaq.

Əzizi sosial şəbəkədə qeyd edib ki, ABŞ-ın istənilən müdaxiləsi mövcud atəşkəs rejiminin pozulması kimi qəbul olunacaq.

banner

ABŞ mediası isə yazır ki, Trampın elan etdiyi “Azadlıq” əməliyyatı çərçivəsində ticarət gəmilərinin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən məcburi müşayiəti nəzərdə tutulmur.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment