12
Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xi ilə görüşüb.
Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, Vladimir Putin görüşün əvvəlində Rusiya ilə Şimali Koreya arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirib.