Ev Hərbi XəbərlərZelenski: Ukrayna öz məqsədlərinə çatmalıdır və mütləq çatacaq

Zelenski: Ukrayna öz məqsədlərinə çatmalıdır və mütləq çatacaq

by Baş Redaktor
12 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi rəhbərliklə cəbhədəki mövcud vəziyyəti və Rusiyanı Ukrayna üçün məqbul şərtlərlə müharibəni dayandırmağa məcbur edəcək strategiyanı müzakirə etdiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində məlumat verib.

Zelenski ukraynalı hərbçilərlə görüşərək cəbhədəki vəziyyət və döyüşlərin gedişatı barədə məruzələri dinləyib.

Prezident bildirib ki, hazırda əsas məqsəd Ukrayna üçün ləyaqətli sülhə və etibarlı təhlükəsizlik təminatlarına nail olmağa imkan verəcək gələcək strategiyanı müəyyənləşdirməkdir.

banner

“Bu strategiyanın müxtəlif tərkib hissələri var. Müdafiə və təhlükəsizlik qüvvələrimizin komandirlərinin bu məsələyə baxışını eşitmək mənim üçün vacibdir. Sabah mühüm görüşlərim olacaq. Ukrayna öz məqsədlərinə çatmalıdır və mütləq çatacaq”, – deyə Zelenski vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, Ukrayna rəhbərliyi növbəti addımlarla bağlı qərarları hərbi komandanlığın mövqeyini nəzərə alaraq qəbul edəcək.

Əlaqəli Yazılar Xüsusi