İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ, İsrail və onların müttəfiqləri tərəfindən mümkün hərbi əməliyyatların bərpası halında cavab verməyə hazır olduğunu açıqlayıb.
Qurumun bəyanatında qeyd olunub ki, əgər “düşmən” yenidən İran xalqının hüquqlarını pozmağa cəhd edərsə, SEPAH quru, hava və dəniz qüvvələri ilə əvvəlkindən daha güclü şəkildə cavab verəcək.
Açıqlamada həmçinin vurğulanıb ki, təcrübəli komandirlərin rəhbərliyi ilə hər hansı hücuma “daha ağır məğlubiyyət” veriləcək.