Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Perm vilayətində yerləşən və ölkənin ən iri neft emalı müəssisələrindən biri hesab edilən “Lukoyl-Permnefteorqsintez” zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirildiyini açıqlayıb.
Army.az xəbər verir ki, əməliyyat Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın hərbi və iqtisadi imkanlarının zəiflədilməsi ilə bağlı verdiyi tapşırıq əsasında həyata keçirilib.
Hədəf Ukrayna sərhədindən 1500 kilometrdən artıq məsafədə yerləşirdi.Bildirilib ki, “Lukoyl-Permnefteorqsintez” zavodu ildə təxminən 13 milyon ton neft emal etmək gücünə malikdir və həm mülki sektorun, həm də Rusiya ordusunun yanacaq təminatında mühüm rol oynayır.