Ev DünyaPaşinyan: Aİİ dağılmaq təhlükəsi ilə üz-üzədir

Paşinyan: Aİİ dağılmaq təhlükəsi ilə üz-üzədir

by Baş Redaktor
27 Baxış

Ermənistanın ixrac məhsullarının qarşılaşdığı maneələr qısa müddətdə aradan qaldırılmasa, Avrasiya İqtisadi İttifaqının (Aİİ) gələcəyi ciddi risk altına düşə bilər.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında danışıb.

Paşinyanın sözlərinə görə, mövcud vəziyyət yalnız Ermənistanın deyil, bütün Aİİ üzvlərinin ortaq problemidir. O qeyd edib ki, təşkilat hazırda normal fəaliyyət göstərə bilmir və faktiki olaraq iflic vəziyyətindədir.

Baş nazir vurğulayıb ki, yaranmış çətinliklər yaxın vaxtlarda həll edilməzsə, bu proses Avrasiya İqtisadi İttifaqının dağılmasına aparan mərhələnin başlanğıcı ola bilər.

banner

Əlaqəli Yazılar Xüsusi