Ev Hərbi XəbərlərCabarov: “Ermənistan odla oynayır, ən etibarlı müttəfiqlərini itirmək üzrədir”

Cabarov: “Ermənistan odla oynayır, ən etibarlı müttəfiqlərini itirmək üzrədir”

by Baş Redaktor
78 Baxış

Rusiya ilə Ermənistan arasında münasibətlər fonunda İrəvanın xarici siyasət kursu yenidən tənqid olunub. Rusiyalı senator Vladimir Cabarov Ermənistanın hazırkı siyasi xəttinin ölkəni Moskva və KTMT-nin digər üzv dövlətləri ilə müttəfiqlik əlaqələrini itirmək təhlükəsi ilə üz-üzə qoyduğunu bildirib.

Army.az xəbər verir ki, senator bu barədə açıqlamasında danışıb.

Cabarovun sözlərinə görə, Ermənistan hakimiyyəti ölkənin gələcək xarici siyasət prioritetləri ilə bağlı konkret mövqe ortaya qoymur. O, xüsusilə Avropa İttifaqına mümkün inteqrasiya və Avrasiya İqtisadi Birliyində üzvlüyün davam etdirilməsi məsələsində İrəvanın qərarsız davrandığını iddia edib.

Senator Ermənistan rəhbərliyinin bu siyasətini təhlükəli adlandıraraq bildirib ki, belə yanaşma nəticəsində ölkə ənənəvi müttəfiqlərini itirə bilər.

banner

Cabarov KTMT-nin Ermənistanı təşkilat daxilində səsvermə hüququndan məhrum etməsi məsələsinə də münasibət bildirib. O, qərarı təşkilatın nizamnaməsinə uyğun və əsaslı hesab edib.

Əlaqəli Yazılar Xüsusi