Səudiyyə Ərəbistanı Məkkə Müdafiə İttifaqı çərçivəsində Türkiyə hərbi kontingentinin öz ərazisində yerləşdirilməsi ilə bağlı Ankaraya müraciət edib.
Army.az xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrinə istinadən “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Türkiyə hərbçilərinin Səudiyyə Ərəbistanında yerləşdirilməsi onların husilərə qarşı birgə hərbi əməliyyatlara cəlb olunacağı demək deyil. Mənbələr vurğulayıblar ki, belə bir iştirak planlaşdırılmır.
Məlumata əsasən, Türkiyə Böyük Millət Məclisi (TBMM) müvafiq qərarı təsdiqləyər və ölkəyə hərbi qüvvələrin göndərilməsinə icazə verərsə, Türkiyə hərbçilərinin Səudiyyə Ərəbistanındakı əsas vəzifəsi çəkindirici xarakter daşıyacaq.
