İran mümkün hərbi qarşıdurmanın bütün ssenarilərinə hazır olduğunu bəyan edib. Tehran müharibənin yenidən başlayacağı təqdirdə əvvəlkindən daha güclü zərbələr endirə biləcəyini bildirir.
Army.az xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin müavini Rəsul Sənai-Rad yerli mediaya açıqlamasında danışıb.
O, düşmənin mümkün səhv addımlarının yeni cavabla nəticələnəcəyini iddia edib. Sənai-Radın sözlərinə görə, İran qarşıdakı müharibədə əvvəlki məhdudiyyətləri nəzərə almayacaq və zərbələrin daha genişmiqyaslı, eləcə də daha ağrılı olması üçün bütün imkanlarından istifadə edəcək.
“Müharibə yenidən başlayarsa, İran İslam Respublikası düşməni cəzalandırmaq və gələcəkdə yeni avantüralara əl atmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək”, — deyə o vurğulayıb.
