Ev DünyaLitva NATO-nun 750 hərbçisini qəbul etmək üçün aviabazasını genişləndirir

Litva NATO-nun 750 hərbçisini qəbul etmək üçün aviabazasını genişləndirir

by Baş Redaktor
15 Baxış

Litva Şyaulyay şəhərində yerləşən hərbi aviabazasını genişləndirmək niyyətindədir.

Army.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Delfi” nəşrinin məlumatına görə, genişləndirmə işləri başa çatdıqdan sonra aviabazada rotasiya prinsipi ilə 750-yə qədər NATO hərbçisinin yerləşdirilməsi mümkün olacaq.

Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, müdafiə imkanları yalnız mövcud silah və hərbi təyyarələrlə məhdudlaşmır. Onun sözlərinə görə, müttəfiq qüvvələri qəbul etmək və onların fəaliyyətini təmin etmək üçün müvafiq infrastrukturun olması da mühüm əhəmiyyət daşıyır.

banner

Nazir əlavə edib ki, bu sahəyə yatırılan investisiyalar Litvanın müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, ölkə iqtisadiyyatına da fayda gətirir.

Əlaqəli Yazılar Xüsusi