Ev DünyaMakrondan Rusiyaya qarşı nüvə planı: 10 Avropa ölkəsi təşəbbüsə qoşulub

Makrondan Rusiyaya qarşı nüvə planı: 10 Avropa ölkəsi təşəbbüsə qoşulub

by Baş Redaktor
17 Baxış

Fransa Prezidenti Emmanuel Makron Avropada nüvə çəkindirməsi imkanlarını genişləndirmək məqsədilə 10 ölkəni yeni təşəbbüs ətrafında birləşdirib.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ-ın təhlükəsizlik zəmanətlərinə etimadın azalması fonunda Fransa Avropanın müdafiəsində daha böyük rol oynamağa çalışır. Təşəbbüsə Böyük Britaniya, Almaniya, Polşa və Şimali Avropanın bir sıra ölkələri də qoşulub.

“İrəli çəkindirmə” adlandırılan plan çərçivəsində nüvə silahı daşımaq qabiliyyətinə malik Fransa hərbi təyyarələrinin Avropanın müxtəlif ölkələrində yerləşdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, iştirakçı dövlətlər arasında kəşfiyyat məlumatlarının mübadiləsinin genişləndirilməsi və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi planlaşdırılır.

banner

Təşəbbüsün əsas məqsədi Rusiyadan qaynaqlana biləcək təhlükələrə qarşı Avropanın çəkindirmə imkanlarını gücləndirməkdir.

Əlaqəli Yazılar Xüsusi