Ev DünyaBraziliyada prezident seçkiləri: Lula da Silva rəqibini qabaqlayıb

Braziliyada prezident seçkiləri: Lula da Silva rəqibini qabaqlayıb

by Baş Redaktor
28 Baxış

Braziliyada prezident seçkilərinin ikinci turunda solçu İşçilər Partiyasının lideri Lula da Silva qalib gəlib.

Army.az xəbər verir ki, seçki komissiyasının açıqladığı rəsmi nəticələrə əsasən, Lula da Silva seçicilərin 51,74 faizinin dəstəyini qazanıb. Sağçı müxalifətin təmsilçisi, senator Flaviu Bolsonaro isə 48,26 faiz səs toplayıb.

Açıqlanan göstəricilərə görə, Bolsonaro səslərin hesablanmasında rəqibini qabaqlamaq üçün riyazi imkanını itirib.

Lula da Silva Braziliyanın müasir siyasi tarixində ilk turda rəqibindən geri qalmasına baxmayaraq, ikinci turda qələbə qazanan ilk siyasətçi kimi təqdim olunur.

banner

Məlumata görə, yeni seçilmiş prezidentin vəzifəsinin icrasına 2027-ci il yanvarın 1-də başlaması nəzərdə tutulur.

Seçkilərin ikinci turunda seçici fəallığı 80,79 faiz təşkil edib. Səsvermədə ümumilikdə 127 milyon 807 min 732 nəfər iştirak edib. Seçicilərin 19,21 faizi — 30 milyon 381 min 854 nəfər isə səsverməyə qatılmayıb.

Bundan başqa, 1 milyon 426 min 55 bülleten boş hesab edilib. Bu, ümumi səslərin 1,12 faizini təşkil edib. Etibarsız səslərin sayı isə 2 milyon 713 min 225 olub ki, bu da 2,12 faizə bərabərdir.

Əlaqəli Yazılar Xüsusi