13
Çində 5,9 maqnitudalı zəlzələ baş verib.
Army.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 30 min nəfərin yaşadığı Naqçu dairəsindən 214 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
