51
Suriyanın paytaxtı Dəməşqdə güclü partlayışlar qeydə alınıb.
Army.az xəbər verir ki, bu barədə “Əl Cəzirə“ telekanalı məlumat yayıb.
Məlumata görə, partlayışlar şəhərin mərkəzində, Turizm Nazirliyinin yerləşdiyi ərazinin yaxınlığında baş verib. Hadisənin səbəbi və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.