Ev DünyaPaşinyandan yeni təyinat

Paşinyandan yeni təyinat

by Baş Redaktor
147 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Artak Kamalyanın vəzifəsi ilə bağlı yeni qərar qəbul edib.

Army.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumatına görə, imzalanan qərarla Kamalyan Ermənistan Baş nazirinin baş məsləhətçisi vəzifəsinə yenidən təyin olunub.

Hökumətin rəsmi “e-gov.am” portalında dərc edilən sənəddə Artak Kamalyanın bundan sonra da tutduğu vəzifədə fəaliyyət göstərəcəyi qeyd olunub.

banner

Xatırladaq ki, Kamalyan 2024-cü ilin avqustundan Ermənistan Baş nazirinin baş məsləhətçisi kimi çalışır. O, hökumətin daxili və xarici siyasət istiqamətlərinin formalaşdırılmasında mühüm rol oynayan şəxslərdən biri hesab olunur.

Əlaqəli Yazılar Xüsusi