Ev Hərbi XəbərlərZelenski: Səhlənkarlığa yol verənlər məsuliyyətə cəlb olunacaq

Zelenski: Səhlənkarlığa yol verənlər məsuliyyətə cəlb olunacaq

by Baş Redaktor
135 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Buça rayonunun Mila kəndində yerləşən silah anbarına endirilən zərbə və bundan sonra baş verən ağır itkilərlə bağlı açıqlama verib.

Army.az xəbər verir ki, “Ukrainska Pravda”nın məlumatına görə, Zelenski bildirib ki, Rusiya zərbəsi nəticəsində silah-sursat anbarında güclü partlayış baş verib. Partlayışın təsiri ilə ərazidəki yaşayış binaları, eləcə də əlilliyi olan şəxslər üçün nəzərdə tutulan pansionat tamamilə dağılıb.

Ukrayna lideri hadisəyə səbəb olan səhlənkarlıq hallarının məsuliyyətsiz qalmayacağını vurğulayıb.

Zelenski qeyd edib ki, Milli Polis və Ukrayna Təhlükəsizlik Xidməti (SBU) artıq xidməti laqeydliklə bağlı cinayət işi açaraq araşdırmaya başlayıb.

banner

Prezident silah-sursatın yaşayış məntəqələrində, xüsusilə də yaşayış binalarının yaxınlığında saxlanılmasının qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı məsul şəxslərin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Əlaqəli Yazılar Xüsusi