Ev Hərbi XəbərlərTrampdan İranla bağlı sərt açıqlama: “İsrail mövcud olmayacaq”

Trampdan İranla bağlı sərt açıqlama: “İsrail mövcud olmayacaq”

by Baş Redaktor
74 Baxış

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olması ehtimalının İsrail üçün ciddi təhlükə yaradacağını bildirib.

Army.az xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, İranın nüvə silahına malik olması halında İsrailin mövcudluğu təhlükə altına düşə bilərdi.

Amerika lideri İranı sərt ifadələrlə xarakterizə edərək, ölkənin regiondakı siyasətini də tənqid edib.

banner

Tramp bildirib ki, İran faktiki olaraq neytral mövqe tutan Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və Küveyt kimi ölkələrə də zərbələr endirib.

ABŞ Prezidenti İranın bu addımlarının onun üçün gözlənilməz olduğunu deyib. Trampın fikrincə, Tehran bu ölkələrə qarşı hücum etməklə əvvəllər sahib olduğu dəstəyi əhəmiyyətli dərəcədə itirib.

Əlaqəli Yazılar Xüsusi