Ev Hərbi XəbərlərRusiyanın dərinliklərində həyəcan siqnalı: Dron təhlükəsi elan edildi

Rusiyanın dərinliklərində həyəcan siqnalı: Dron təhlükəsi elan edildi

by Baş Redaktor
47 Baxış

Rusiyanın Sverdlovsk vilayətində mümkün pilotsuz uçuş aparatları təhlükəsi ilə əlaqədar həyəcan elan olunub.

Army.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Denis Pasler açıqlama verib.

Qubernatorun sözlərinə görə, təhlükəsizlik tədbirləri çərçivəsində bölgədə mobil rabitə və internet xidmətlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilə bilər.

Pasler yerli əhaliyə ehtiyatlı davranmaq və vəziyyəti diqqətlə izləmək barədə xəbərdarlıq edib.

banner

Qeyd edək ki, Sverdlovsk vilayəti Ukrayna sərhədindən təxminən 1800 kilometr məsafədə yerləşir.

Əlaqəli Yazılar Xüsusi