29
Rusiya Silahlı Qüvvələri Ukraynada daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, Rusiya hərbçiləri Sumı vilayətində yerləşən Novaya Seç və Donetsk vilayətindəki Svetloye yaşayış məntəqələrinə nəzarəti təmin ediblər. Bu məlumat hələlik yalnız Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır.