Ev Hərbi XəbərlərBuxarestdən böyük silah razılaşması: 232 “Lynx” sifariş edildi

Buxarestdən böyük silah razılaşması: 232 “Lynx” sifariş edildi

by Baş Redaktor
19 Baxış

Rumıniya silahlı qüvvələrinin zirehli texnika parkının yenilənməsi çərçivəsində Almaniyanın “Lynx İFV” piyada döyüş maşınlarını almağa qərar verib.

Army.az xəbər verir ki, bu barədə “Defense Romania” məlumat yayıb.

Bildirilir ki, müqavilə ilə bağlı sənəd hökumət tərəfindən parlamentə təsdiq üçün təqdim olunub.

Plan üzrə Rumıniya ümumilikdə 298 maşından 232-ni ilkin mərhələdə satın alacaq. Müqavilənin əsas hissəsinin dəyəri təxminən 2,6 milyard avro təşkil edir və bu, SAFE mexanizmi çərçivəsində ən böyük layihələrdən biri sayılır.

banner

Qalan 66 döyüş maşınının isə sonradan milli büdcə hesabına əlavə müqavilələrlə alınması nəzərdə tutulur. Bu mərhələnin təxmini dəyəri 738,6 milyon avrodur.

Maşın 30 və ya 35 mm-lik avtomatik top, pulemyot və tank əleyhinə raket sistemi ilə təchiz oluna bilir. Zireh ön tərəfdən 30 mm-lik mərmilərə, yanlardan isə 14,5 mm güllələrə qarşı qoruma təmin edir. Alt hissə isə təxminən 10 kq trotil ekvivalentli partlayışa davamlıdır.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment