Ev Hərbi XəbərlərSEPAH: ABŞ ordusunun İrandakı itkiləri 20 milyard dollara çatıb

SEPAH: ABŞ ordusunun İrandakı itkiləri 20 milyard dollara çatıb

by Baş Redaktor
36 Baxış

İranın SEPAH-ına bağlı analitiklər ABŞ ordusunun iki həftə davam etdiyi bildirilən İran müharibəsi zamanı təxminən 20 milyard dollar məbləğində itki verdiyini iddia ediblər.

Army.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hesablamalar ABŞ hərbi texnikasına dəymiş zərər və məhv edilmiş avadanlıqların Pentaqonun büdcə sənədləri və müdafiə müqavilələrində göstərilən analoji texnika ilə əvəzlənməsi üçün tələb olunan xərclər əsasında aparılıb.

SEPAH analitiklərinin hesablamalarına görə, ABŞ-ın ən böyük itkiləri hava hücumundan müdafiə sistemləri və radarlarla bağlı olub. Bu sistemlərin bərpası və yenilənməsi üçün təxminən 7,5 milyard dollar tələb oluna bilər.

banner

Bununla belə, açıqlanan rəqəmlərin müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi bildirilir.

Əlaqəli Yazılar Xüsusi