Suriya xarici işlər naziri Əsəd Şibani İsrailin davam edən hücumlarına baxmayaraq, ölkəsinin problemin diplomatik yolla həllinə üstünlük verdiyini bildirib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Nazirin sözlərinə görə, mövcud çətinliklər Dəməşqin danışıqlar prosesindən geri çəkilməsinə səbəb olmayıb. O, Suriyanın ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak etdiyini açıqlayıb:
“Bütün bu çətinliklərə baxmayaraq, diplomatik həllə hələ də sadiqik və buna nail olmaq üçün ciddi səylər göstəririk. ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlarda iştirak edirik”.
