Ermənistanda Xarici İşlər Nazirliyinin strukturunda mühüm dəyişiklik qüvvəyə minib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna edilən dəyişiklik sentyabrın 1-dən etibarən qüvvədədir.
Dəyişikliyə əsasən, Ermənistanın Xarici İşlər Nazirliyi bundan sonra Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adlandırılacaq.
Baş nazir Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, yeni adlandırmanın əsas məqsədi ölkənin xarici siyasətində iqtisadi komponentin və beynəlxalq ticarətin rolunu daha qabarıq şəkildə önə çıxarmaqdır
