Ev Hərbi XəbərlərVarşava müharibəyə hazırlaşır: Polşa Rusiyadan yeni təxribat gözləyir

Varşava müharibəyə hazırlaşır: Polşa Rusiyadan yeni təxribat gözləyir

by Baş Redaktor
158 Baxış

Polşa Rusiya ilə mümkün birbaşa hərbi qarşıdurma ssenarisinə hazırlaşır və Kreml tərəfindən yeni genişmiqyaslı təxribatın baş verə biləcəyini istisna etmir.

Army.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik məlumat verib.

Onun sözlərinə görə, ölkənin Müdafiə Nazirliyi və hərbi rəhbərliyi Rusiya ilə qarşıdurma yaranacağı təqdirdə atılacaq addımları əhatə edən detallı fəaliyyət planı hazırlayır.

“Biz müharibəyə hazırlaşırıq, lakin ümid edirik ki, belə bir müharibə heç vaxt başlamayacaq”, – deyə Tomçik bildirib.

banner

Nazir müavini mümkün təxribatın konkret formasını açıqlamasa da, bunun yaxın aylarda baş verməsinin real olduğunu söyləyib.

Onun sözlərinə görə, Varşavanın təhlükəsizlik risklərinə yanaşması da dəyişib. Hazırda mümkün hadisələr əvvəlki kimi “real” və “qeyri-real” deyil, başvermə ehtimalının yüksək və aşağı olması prinsipi ilə qiymətləndirilir.

Tomçik qeyd edib ki, Kreml tərəfindən genişmiqyaslı təxribat ehtimalını istisna etmək olmaz və belə bir hadisə qarşıdakı bir neçə ay ərzində baş verə bilər.

Əlaqəli Yazılar Xüsusi