İran ABŞ-la diplomatik təmasların nəticə verməyəcəyi təqdirdə Hörmüz boğazı və regionda gərginliyin daha da yüksələ biləcəyinə dair xəbərdarlıq edib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu halda ölkənin bütün dövlət qurumları mümkün eskalasiyaya hazır vəziyyətə gətiriləcək. Tehran ABŞ-a İslamabad anlaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsi üçün bir neçə həftəlik müddət müəyyənləşdirib.
Məlumata əsasən, İranın müəyyən etdiyi vaxt çərçivəsi vasitəçilər kanalı ilə həm Vaşinqtona, həm də region ölkələrinə çatdırılacaq.
