Ev Hərbi XəbərlərKİV: Putin müharibəni bu il bitirmək istəyir, lakin…

KİV: Putin müharibəni bu il bitirmək istəyir, lakin…

by Baş Redaktor
36 Baxış

Rusiya Prezidenti Vladimir Putin Ukraynada davam edən müharibəni ilin sonunadək başa çatdırmaq niyyətindədir, lakin bunu yalnız Moskvanın “qələbə kimi qiymətləndirdiyi” şərtlər daxilində görür.

Army.az xəbər verir ki, bu barədə Bloomberq məlumat yayıb.

Mənbələr bildirir ki, bu şərtlər sırasında Donbas üzərində nəzarətin möhkəmləndirilməsi və Avropa ilə təhlükəsizlik sahəsində geniş razılaşma əldə olunması da var. Bu razılaşmanın faktiki olaraq Rusiyanın əldə etdiyi ərazilərin təsdiqlənməsi kimi qiymətləndirildiyi qeyd olunur.

Kremlin mətbuat katibi Dmitri Peskov isə hər hansı konkret vaxt çərçivəsinin mövcud olduğunu təkzib edib.

banner

Eyni zamanda, bəzi yüksək vəzifəli Rusiya rəsmilərinin münaqişənin artıq “dalana dirəndiyi” və aydın həll yolunun görünmədiyi qənaətində olduğu bildirilir. Məlumatlara görə, Rusiyada müharibəyə qarşı yorğunluq və narazılıq da artır.

Digər tərəfdən, Ukrayna və onun müttəfiqləri cəbhədə vəziyyətin dəyişdiyi, Rusiyanın hücum tempinin zəiflədiyi fikrindədir. Lakin xəbərdə qeyd olunur ki, Ukraynanın döyüş meydanında artan inamı daxildə problemlərlə müşayiət olunur: əhali arasında müharibə yorğunluğu və hərbi səfərbərliyə qarşı narazılıq getdikcə güclənir.

Əlaqəli Yazılar Xüsusi