Ev Hərbi Xəbərlərİranlı deputatdan Pezeşkiana sərt irad: “Trampdan qisas alınacağını deməli idi”

İranlı deputatdan Pezeşkiana sərt irad: “Trampdan qisas alınacağını deməli idi”

by Baş Redaktor
156 Baxış

İran parlamentinin deputatı Qasım Rəvanbəxş Prezident Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışını tənqid edib.

Army.az xəbər verir ki, Rəvanbəxş yerli mediaya açıqlamasında Pezeşkianın çıxışı zamanı ABŞ Prezidenti Donald Trampdan qisas alınacağı ilə bağlı mövqenin açıq şəkildə ifadə edilməli olduğunu bildirib.

Deputatın fikrincə, Əli Xameneinin öldürülməsi məsələsi həm BMT tribunasından, həm də Nyu-Yorkda keçirilən digər görüş və açıqlamalarda əsas mövzulardan biri kimi gündəmə gətirilməli idi.

“Bu məsələ ön planda tutulmalı idi. Onu inkar edib ‘biz Trampdan qisas almaq niyyətində deyilik’ demək düzgün deyil. Biz xanım Trampdan yox, onun ərindən qisas alırıq”, – deyə Rəvanbəxş bildirib.

banner

İranlı deputat Nyu-Yorkda səsləndirilən bəzi fikirlərin İran xalqının mövqeyini əks etdirmədiyini də iddia edib. O bildirib ki, Pezeşkianın səfəri çərçivəsində verilən bəzi açıqlamalar xalqın seçilmiş nümayəndələrinin mövqeyi ilə üst-üstə düşməyib.

Əlaqəli Yazılar Xüsusi