Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı prezident Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərində yenidən namizəd olmasını istədiklərini bildirib.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bahçeli qeyd edib ki, Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi üçün Türkiyə Böyük Millət Məclisinin seçkilərin yenilənməsi ilə bağlı qərar qəbul etməsi lazımdır.
“Türkiyənin əldə etdiyi yüksəliş tempinin davam etməsi Prezident Rəcəb Tayyib Ərdoğanın bir daha namizəd olması və üçüncü dəfə prezident seçilməsi ilə mümkün olacaq. “Cümhur İttifaqı”nın prezidentliyə namizədinin yenidən Rəcəb Tayyib Ərdoğan olmasını arzu və tələb edirik”, – deyə bildirib.
O vurğulayıb ki, Ərdoğanın yenidən namizədliyinin mümkün olması üçün parlamentdə seçkilərin yenilənməsi barədə qərar qəbul edilməlidir.
