Ev DünyaƏraqçi: “İran Səudiyyə Ərəbistanı ilə husilər arasında dialoqa dəstək verməyə hazırdır”

Əraqçi: “İran Səudiyyə Ərəbistanı ilə husilər arasında dialoqa dəstək verməyə hazırdır”

by Baş Redaktor
31 Baxış

İran Səudiyyə Ərəbistanı ilə Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı arasındakı qarşıdurmanın həlli istiqamətində vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu açıqlayıb. Bununla belə, rəsmi Tehran tərəfindən irəli sürülən təklifə tərəflərdən indiyədək münasibət bildirilməyib.

Army.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

İraqın “Al-Iraqiya News” telekanalının yaydığı məlumata əsasən, nazir İranın iki tərəf arasında danışıqlar prosesinə dəstək göstərmək və vasitəçilik etmək niyyətinin dəyişmədiyini qeyd edib.

Əraqçinin sözlərinə görə, Tehran Səudiyyə Ərəbistanı ilə “Ənsar Allah” hərəkatı arasında razılığın əldə olunmasına kömək etməyə hazırdır, lakin hələlik nə Ər-Riyaddan, nə də husilərdən rəsmi cavab alınıb.

banner

Əlaqəli Yazılar Xüsusi