Ev DünyaMerz: Ukrayna Aİ sammitlərində iştirak edə bilər, amma…

Merz: Ukrayna Aİ sammitlərində iştirak edə bilər, amma…

by Baş Redaktor
6 Baxış

Almaniya kansleri Fridrix Merz Ukraynanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı yeni təklif irəli sürüb.

Army.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Kanslerin digər Avropa liderlərinə göndərdiyi məktubda Ukraynaya “assosiativ üzv” statusunun verilməsi təklif olunur. Bu modelə əsasən, Ukrayna rəsmiləri Aİ sammitlərində və nazirlər səviyyəsində görüşlərdə iştirak edə biləcək, lakin qərarvermə prosesində səs hüququ olmayacaq.

Merz həmçinin təklif edib ki, Avropa İttifaqı üzvləri Ukrayna ilə bağlı blokun qarşılıqlı yardım maddəsini tətbiq etməyi siyasi öhdəlik kimi qəbul etsinlər. Bu addımın Ukrayna üçün əlavə təhlükəsizlik zəmanəti yaratması nəzərdə tutulur.

banner

Təşəbbüsün Aİ daxilində geniş müzakirə olunacağı gözlənilir.

Əlaqəli Yazılar Xüsusi