Ev Dünyaİran səfiri açıqladı: Ermənistanla strateji tərəfdaşlıq sənədi hazırlanır

İran səfiri açıqladı: Ermənistanla strateji tərəfdaşlıq sənədi hazırlanır

by Baş Redaktor
40 Baxış

İran və Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş layihəsi hazırlanır.

Army.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami keçirdiyi mətbuat konfransında məlumat verib.

Diplomat bildirib ki, hazırda sənəd üzərində hazırlıq və razılaşdırma prosesi davam edir. Onun sözlərinə görə, sazişin imzalanması iki ölkə arasında mövcud əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq və yeni imkanlar yaradacaq.

“Tərəflərin erməni-iran tərəfdaşlığını institusionallaşdırmaq istiqamətində niyyəti olduqca ciddidir. Ötən həftə keçirilən görüş zamanı İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələnin əhəmiyyətini müzakirə ediblər”, – deyə Şirqulami qeyd edib.

banner

Səfir əlavə edib ki, Tehran və İrəvan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr davam edir.

Əlaqəli Yazılar Xüsusi