Ev DünyaMakronun iqtisadi vədləri nəticə vermədi? Bloombergdən diqqətçəkən analiz

Makronun iqtisadi vədləri nəticə vermədi? Bloombergdən diqqətçəkən analiz

by Baş Redaktor
149 Baxış

Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti illərində ölkənin Avropanın iqtisadi baxımdan zəif mövqedə olan dövlətlərindən birinə çevrildiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Bildirilib ki, Makron 2017-ci ildə biznesyönümlü siyasətçi kimi prezident seçilib və ölkədə genişmiqyaslı iqtisadi-siyasi dəyişikliklər həyata keçirəcəyini vəd edib.

Lakin agentliyin qənaətinə görə, Makronun irəli sürdüyü “iqtisadi inqilab” Fransanın ənənəvi iqtisadi modelində gözlənilən dönüşü təmin etməyib. Ölkə iqtisadiyyatında dövlət xərclərinin əhəmiyyətli rolu əvvəlki kimi qalmaqdadır.

banner

Məqalədə həmçinin Makronun siyasi hərəkatının onun 2027-ci ildə prezidentlik müddəti başa çatdıqdan sonra əvvəlki təsirini böyük ölçüdə itirə biləcəyi vurğulanır.

Beləliklə, “Bloomberg”in qiymətləndirməsinə əsasən, Makronun hakimiyyətə gələrkən vəd etdiyi köklü iqtisadi dəyişikliklər Fransanın mövcud iqtisadi siyasətində fundamental dönüşə səbəb olmayıb.

Əlaqəli Yazılar Xüsusi