Ev DünyaRusiya ilə regional məsələlər üzrə davamlı məsləhətləşmələr aparırıq – Əraqçi

Rusiya ilə regional məsələlər üzrə davamlı məsləhətləşmələr aparırıq – Əraqçi

by Baş Redaktor
31 Baxış

Tehran və Moskva geniş məsələlər, xüsusilə də regional proseslər üzrə daim sıx məsləhətləşmələr aparır.

Army.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

Əraqçının sözlərinə görə, İran Rusiya ilə münasibətlərdə davamlı koordinasiya xəttini qoruyur.

Nazir qeyd edib ki, onun Pakistan və Oman səfərləri ikitərəfli xarakter daşıyıb.

banner

O vurğulayıb ki, Pakistan son dövrlərdə İran və ABŞ arasında aparılan danışıqlarda vasitəçilik baxımından mühüm rol oynayıb və bu səbəbdən son inkişafların müzakirəsi zəruri olub.

Əraqçı əlavə edib ki, danışıqlarda müəyyən irəliləyiş əldə edilsə də, ABŞ-nin səhv yanaşmaları və həddindən artıq tələbləri prosesin əvvəlki mərhələsinin məqsədlərinə çatmasına mane olub.

“Pakistandakı dostlarımızla məsləhətləşmək və mövcud vəziyyəti yenidən nəzərdən keçirmək lazım idi”, – deyə İran XİN rəhbəri bildirib.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment