Ev DünyaSelçuk Bayraktar PUA Çempionatında – diqqətçəkən açıqlama

Selçuk Bayraktar PUA Çempionatında – diqqətçəkən açıqlama

by Baş Redaktor
61 Baxış

TEKNOFEST İdarə Heyətinin rəhbəri, Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) Himayəçilik Şurasının sədri Selçuk Bayraktar Şırnakda təşkil olunan Pilotsuz Uçuş Aparatları (PUA) Çempionatını ziyarət edib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bayraktar yarışın birinci mərhələsində iştirak edən gənc idmançıların dəvəti ilə Şırnaka səfər edib.

Səfər zamanı çıxış edən Selçuk Bayraktar bildirib ki, texnologiya sahəsində yeni inkişaf dalğası Cənub-Şərqi Anadoludan başlayacaq. Onun sözlərinə görə, sivilizasiyanın ilkin izlərinin bu coğrafiyada meydana gəlməsi kimi, gələcəyin texnologiya ruhu da məhz bu torpaqlardan yüksələcək.

banner

PUA Çempionatının ilk mərhələsi Şırnak Şəhər Stadionunda başlayıb. Yarış TEKNOFEST çərçivəsində Sənaye və Texnologiya Nazirliyi, T3 Vəqfi və “Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət AŞ”nin təşkilatçılığı ilə keçirilir.

Bayraktarı səfər zamanı Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Anadolu Agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Sərdar Karagöz də müşayiət edib.

Əlaqəli Yazılar Xüsusi