Ev DünyaBeloousov: Süni zəka hərbi sahədə geniş tətbiq olunur

Beloousov: Süni zəka hərbi sahədə geniş tətbiq olunur

by Baş Redaktor
23 Baxış

Rusiyada pilotsuz uçuş aparatlarına (BPS) qarşı mübarizə üçün vahid informasiya mühiti formalaşdırılır.

Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Andrey Beloousov məlumat yayıb.

Nazirin sözlərinə görə, bu sistemin əsas məqsədi dron hücumları barədə situasiyanın daha operativ qiymətləndirilməsidir.

Onun sözlərinə görə, hərbi sahədə süni zəkanın istifadəsi prioritet istiqamətlərdən biridir və hazırda Rusiya dronlarında obyekt tanıma, avtomatik hədəf seçimi və naviqasiya üçün AI texnologiyalarından istifadə edilir.

banner

Nazir əlavə edib ki, “xüsusi hərbi əməliyyat zonası” adlandırılan ərazilərdə texnikanın təkmilləşdirilməsi üçün laboratoriyaların maliyyələşdirilməsi son dövrlərdə iki dəfə artırılıb.

Əlaqəli Yazılar Xüsusi