İran Prezidenti Məsud Pezeşkian ABŞ-a münasibətdə Tehranın mövqeyini açıqlayıb.
Army.az xəbər verir ki, Pezeşkian sentyabrın 1-də Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Vaşinqton İslamabad anlaşmasında üzərinə götürdüyü öhdəliklərə qayıdarsa, İran da dərhal qarşılıqlı addım atmağa hazır olacaq.
İran lideri davamlı təhlükəsizliyin qarşıdurma yolu ilə deyil, dövlətlər arasında qarşılıqlı etimad və əməkdaşlıq əsasında formalaşa biləcəyini vurğulayıb. Onun sözlərinə görə, ölkələrin suverenliyinə hörmət və daxili işlərə müdaxilədən çəkinmək regional sabitliyin əsas şərtlərindəndir.
Pezeşkian həmçinin qeyd edib ki, regionda təhlükəsizliyin təmin olunması güc tətbiqinə əsaslanan yanaşmaların qarşısının alınmasından keçir.
