Ev DünyaPaşinyandan komandasına tapşırıq: “Mən Bişkekdə olanda oyun çıxarmayın”

Paşinyandan komandasına tapşırıq: “Mən Bişkekdə olanda oyun çıxarmayın”

by Baş Redaktor
46 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumət üzvlərinə Bişkek səfəri başa çatanadək Rusiya ilə bağlı tənqidi açıqlamalardan və Kərki məsələsinin gündəmə gətirilməsindən çəkinməyi tapşırdığı iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “İravunk” nəşri məlumat yayıb.

Bildirilib ki, Paşinyan komanda üzvlərinə səfəri müddətində hər hansı əlavə siyasi təşəbbüslə çıxış etməmələri barədə xəbərdarlıq edib.

“Gəlib yekun nəticəni deyəcəm, sonra həll edərik. Mən Bişkekdə olanda burada özünüzdən oyun çıxarmayın. İki günlük taym-aut”.

banner

Hazırda Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekdədir.

Əlaqəli Yazılar Xüsusi