Ev DünyaZelenski danışıqlarda istiqaməti dəyişdi: əsas platforma Türkiyə ola bilər

Zelenski danışıqlarda istiqaməti dəyişdi: əsas platforma Türkiyə ola bilər

by Baş Redaktor
15 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh danışıqları üçün əsas platforma kimi Türkiyəni nəzərdən keçirir.

Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilir ki, Ukrayna lideri 2025-ci il ərzində ABŞ Prezidenti Donald Trampın dəstəyini qazanmağa çalışsa da, münaqişənin həllində onun fəal rol oynayacağına dair gözləntilər azalıb.

Məlumata əsasən, Kiyev rəhbərliyi ABŞ-ın iştirakı olmadan alternativ diplomatik strategiya üzərində işləməyə başlayıb.

banner

Bu çərçivədə Türkiyə, tərəflər arasında mümkün danışıqlar üçün daha real və neytral platforma kimi ön plana çıxır.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment