Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın həm Avrasiya İqtisadi İttifaqı üzvlüyünü saxlayaraq, həm də Avropa İttifaqı istiqamətində inteqrasiya cəhdləri ilə bağlı açıqlama verib.
Army.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
O bildirib ki, ilkin olaraq bir istiqamət seçildikdən sonra paralel şəkildə tamamilə fərqli bir marşruta keçmək müəyyən prosedurlar və “logistika” tələb edir.
Zaxarovanın sözlərinə görə, siyasi və iqtisadi seçimlərdə ardıcıllıq və şəffaflıq vacibdir və qəbul edilən qərarların sonradan qarşılıqlı ziddiyyət təşkil etməsi “normal proses” sayıla bilməz.
O əlavə edib ki, istənilən istiqamət dəyişikliyi mümkündür, lakin bunun üçün müəyyən qaydalar və mərhələli keçid mexanizmi mövcuddur
