Abu Dabi Milli Neft Şirkəti Birləşmiş Ərəb Əmirlikləri üçün Hörmüz boğazından yan keçən yeni yanacaq boru xətti inşa etməyi planlaşdırır.
Army.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Bildirilib ki, layihə benzin, dizel və aviasiya yanacağı da daxil olmaqla müxtəlif neft məhsullarının ixracının təhlükəsizliyini təmin etməyə yönəlib və bölgədə mümkün blokada risklərini azaltmağı hədəfləyir.
Hazırda BƏƏ-də Əbu-Dabidən Füceyrə limanına qədər uzanan mövcud boru xətti fəaliyyət göstərir, lakin onun gündəlik ötürmə gücü təxminən 1,5 milyon barellə məhdudlaşır. Bundan əlavə, Füceyrə limanının son dövrlərdə təhlükəsizlik risklərinə məruz qaldığı bildirilir.
ADNOC artıq ikinci boru xəttinin tikintisi üzərində işləyir və onun gələn il istifadəyə verilməsi planlaşdırılır. Yeni layihə isə Ormuz boğazını tamamilə yan keçən əlavə ixrac marşrutu yaratmağı nəzərdə tutur.
