Ev DünyaBaxçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik

Baxçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik

by Baş Redaktor
54 Baxış

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı türk dünyasının birliyinin nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, siyasətçi bu barədə partiyanın iclasında çıxışı zamanı danışıb.

Baxçalının sözlərinə görə, türk dövlətləri və xalqları arasında əlaqələrin genişləndirilməsi, dialoqun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi ortaq müstəqilliyin və suverenliyin qorunmasına töhfə verəcək.

MHP lideri Türk Dövlətləri Təşkilatının (TDT) regional və beynəlxalq səviyyədə sülhün, sabitliyin və ədalətin möhkəmləndirilməsində əhəmiyyətli rol oynamaq potensialına malik olduğunu qeyd edib.

banner

O, həmçinin oktyabrın 29-30-da Türkiyənin ev sahibliyi ilə keçirilməsi nəzərdə tutulan TDT-nin 13-cü Zirvə Görüşünə diqqət çəkərək tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi