Ev Dünya“Vur, qaç” dövrü bitib – Bəqai

“Vur, qaç” dövrü bitib – Bəqai

by Baş Redaktor
45 Baxış

İran ABŞ tərəfindən həyata keçirilə biləcək hər hansı hərbi hücuma cavab verəcəyini bəyan edib.

Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın nüvə obyektlərinin ABŞ tərəfindən hədəfə alına biləcəyi ilə bağlı yayılan məlumatları şərh edərkən danışıb.

Bəqayi bildirib ki, Vaşinqtonun İrana qarşı endirəcəyi zərbələr cavabsız qalmayacaq. Onun sözlərinə görə, İran qarşı tərəfin hərbi hücumlarına eyni səviyyədə cavab verməyə hazırdır.

“Vur, qaç” dövrünün başa çatdığını vurğulayan XİN nümayəndəsi ABŞ-ın İrana qarşı istənilən gücdə hücumunun müvafiq cavabla qarşılanacağını qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi