Pakistanın Baş naziri Şahbaz Şərif yaxın günlərdə İrana rəsmi səfər edəcək.
Army.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi ölkədə keçiriləcək vida mərasimində iştirak etməkdir.
Məlumata əsasən, rəsmi proqram çərçivəsində vida mərasimi iyulun 4-də səhər saat 06:00-da Tehrandakı İmam Xomeyni məscidində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Dəfn namazının isə iyulun 5-də səhər saatlarında qılınacağı qeyd olunur. Tehran, Qum və İraqda keçiriləcək mərasimlərdən sonra Əli Xamenei Məşhəddə (iyulun 9-da) dəfn olunacaq.
