Ev DünyaBu ölkənin prezidentinin həyat yoldaşı vəfat etdi

Bu ölkənin prezidentinin həyat yoldaşı vəfat etdi

by Baş Redaktor
23 Baxış

Tanzaniya Prezidenti Sami Suluhu Hasanın həyat yoldaşı Hafid Ameyr Hasan Zənzibarda xəstəxanada vəfat edib.

Army.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Deoqratius Ndjembi məlumat verib.

“Dərin kədərlə bildirirəm ki, Tanzaniya Prezidenti Sami Suluhu Hasanın həyat yoldaşı Hafid Ameyr Hasan vəfat edib”, – deyə vitse-prezident bildirib.

Hazırda mərhumun dəfn mərasiminə hazırlıq Zənzibar adasındakı Kizimkazi kəndində aparılır. Dəfnin keçiriləcəyi tarix hələ açıqlanmayıb.

banner

Hafid Ameyr Hasan ixtisasca aqronom olub. O, ictimai tədbirlərdə nadir hallarda iştirak edib və mediada çox görünməyib.

Əlaqəli Yazılar Xüsusi