Yaxın Şərqdə gəmilərə hücumların genişlənməsi və bölgədə gərginliyin daha da artması neftin qiymətinin bir barel üçün 120 dollara qədər yüksəlməsinə səbəb ola bilər.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” “Goldman Sachs” bankının analitiklərinə istinadən məlumat yayıb.
“Goldman Sachs”ın əmtəə bazarları üzrə qlobal tədqiqatlar bölməsinin həmsədri Daan Struyven bildirib ki, son günlər baş verən hadisələr Yaxın Şərqdə gəmiçiliklə bağlı fasilələrin genişlənməsi və dərinləşməsi riskinin ciddi olduğunu göstərir.
Onun sözlərinə görə, bölgədən neft ixracının normal səviyyəyə qayıtması halında isə neftin qiyməti bir barel üçün 80 dollara qədər geriləyə bilər.
Struyven qeyd edib ki, Yaxın Şərqdə nəqliyyat və təchizat zəncirində mümkün fasilələr enerji bazarlarında daha ciddi şoklara səbəb ola bilər.
Hazırda bazarlar regiondakı vəziyyəti, xüsusilə də neft daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazında gərginliyin inkişafını diqqətlə izləyir. Brent markalı neftin qiyməti artıq 100 dollara yaxınlaşıb.
