11
Əmtəə bazarlarında qiymətli metalların dəyərində azalma qeydə alınıb.
Army.az xəbər verir ki, Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun ayına aid fyuçers müqavilələrinin qiyməti 1,65 faiz geriləyərək 4 080,8 ABŞ dollarına düşüb.
Eyni zamanda, gümüş üzrə 2026-cı ilin iyul fyuçersləri də ucuzlaşıb. Bir unsiya gümüşün qiyməti 1,48 faiz azalaraq 61,59 ABŞ dolları səviyyəsində qərarlaşıb.