37
Almaniya kansleri Fridrix Merts Berlinin Rusiyaya münasibətdə yürütdüyü mövcud siyasətdə hər hansı dəyişiklik etməyi planlaşdırmadığını açıqlayıb.
Army.az xəbər verir ki, Merts bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
Kansler bildirib ki, Almaniyanın təhlükəsizliyi və azadlığının qorunması ilə bağlı mövqeyindən geri addım atmaq fikrində deyil. O, Rusiyadan qaynaqlanan təhdidlərə qarşı ölkəsinin müdafiəsini vacib hesab etdiyini vurğulayıb.