Ev DünyaPeskovdan atəşkəs mesajı: Humanitar təşəbbüslər digər cəbhələrə də yayıla bilər

Peskovdan atəşkəs mesajı: Humanitar təşəbbüslər digər cəbhələrə də yayıla bilər

by Baş Redaktor
35 Baxış

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada humanitar məqsədlərlə atəşkəs təşəbbüslərinin digər döyüş bölgələrinə də genişləndirilə biləcəyini istisna etməyib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Peskovun sözlərinə görə, ABŞ-ın birinci xanımı Melaniya Trampın humanitar təşəbbüsləri əsasında həyata keçirilən addımların cəbhənin digər istiqamətlərini də əhatə etməsi mümkündür.

Kremlin sözçüsü belə təşəbbüslərin humanitar mülahizələr əsasında, o cümlədən ABŞ nümayəndələrinin iştirakı ilə reallaşdırıla biləcəyini bildirib.

banner

Açıqlamada atəşkəsin hansı ərazilərdə tətbiq oluna biləcəyi və bununla bağlı konkret razılaşmaların olub-olmadığı barədə ətraflı məlumat verilməyib.

Əlaqəli Yazılar Xüsusi